BŞİH: Bakıdakı uşaq bağçalarında qızılca və “donuz qripi”nə yoluxma halı qeydə alınmayıb

Daxili siyasət
  • 04 fevral, 2019
  • 09:04
BŞİH: Bakıdakı uşaq bağçalarında qızılca və “donuz qripi”nə yoluxma halı qeydə alınmayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bakı şəhərindəki uşaq bağçalarında qızılca və A (H1N1) virusuna (“donuz qripi”) yoluxma faktı qeydə alınmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı mütəmadi profilaktik tədbirlər görülür.