Babacan, Bağırbəyli, Bağçalı, Babacan toponimləri - Qərbi Azərbaycan Xronikası

Daxili siyasət
  • 08 oktyabr, 2025
  • 01:35
Babacan, Bağırbəyli, Bağçalı, Babacan toponimləri - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Dədə Qorqudun adını çəkdiyi yaşayış məskəni" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Babacan, Bağırbəyli, Bağçalı toponimi və Babacan çay hidronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan ərazisinə süni şəkildə köçürülən ermənilər tarix boyu bəd əməllərlə məşğul olaraq, saxta toponim dəyişiklikləri apararaq əsl həqiqəti unutdurmağa çalışıblar.

Babacan - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonda kənd adıdır. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. 1919-cu ilin yazında kənd sakinləri deportasiya olunub. 1920-ci ildən sonra sakinlər geri qayıtsa da, 1988-ci ildə tamamilə yenidən qovulublar. 1978-ci ildə adı dəyişdirilib Qızılkənd, 1991-ci ildə yenidən dəyişdirilib Tsapatağ qoyulub.

Bağırbəyli - Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub. Burada 1907-ci ildə 836 azərbaycanlı yaşayıb. 1918-ci ildə onlar erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulublar. 1920-ci ildə kənd ləğv edilib və indi xarabalığa çevrilib.

Bağçalı - Ağbaba mahalının Amasiya rayonu ərazisində kənd olub. Burada yaşayan azərbaycanlılar 1918-1920-cı illərdə erməni soyqırımına məruz qalıblar. Sonra kənd ləğv edilərək xarabalığa çevrilib.

Babacan çay - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonun Babacan kəndində, Göyçə gölü hövzəsində çay adıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti