Azərbaycanın əmək bazarında ən aktual peşələr məlum olub

Daxili siyasət
  • 23 dekabr, 2022
  • 11:19
Azərbaycanın əmək bazarında ən aktual peşələr məlum olub

Azərbaycanın əmək bazarında ən aktual peşələr məlum olub.

“Report”un xəbərinə görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, əmək bazarının təhlili həyata keçirilir: “Yeni peşələr Azərbaycanın əmək bazarına daxil olan mühəndisliklə, informasiya texnologiyaları ilə bağlı olan peşələrdir. Hazırda 175 aktual peşələrin içərisində ən böyüyünü İT, kənd təsərrüfatı, turizm peşələri təşkil edir”.