Azərbaycanda iki nəfərə “20 Yanvar Şəhidi” fəxri adı verilib

Daxili siyasət
  • 16 may, 2017
  • 14:32
Azərbaycanda iki nəfərə “20 Yanvar Şəhidi” fəxri adı verilib
President.az

Bakı. 16 may. REPORT.AZ/ Prezident İlham Əliyev “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədlə 1990-cı il 20 Yanvar hadisələri nəticəsində aldıqları xəsarətlərdən vəfat etmiş aşağıdakı şəxslərə “20 Yanvar Şəhidi” fəxri adı verilib:

Adilov Musa Ramazan oğlu

Məmmədova Rəna Təyyar qızı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.