Azərbaycanda hərbçilərin maaşı artırılıb
Daxili siyasət
- 19 yanvar, 2016
- 13:44
Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da bununla bağlı sərəncam imzalayıb.
Sərəncam Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirilməsi məqsədilə imzalanıb.
Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Son xəbərlər
05:06
ABŞ sığınacaqla bağlı müraciət etmiş əcnəbilər üçün vizaları ləğv edə bilər
Digər ölkələr04:38
Alimlər Yer kürəsinin ən qədim simbiozunun sirrini açıblar
Maraqlı04:17
Heqset: ABŞ İrana zərbələrdən imtina etmir
Digər ölkələr03:52
"Tasnim": Trampın iqtisadi təzyiq planı psixoloji silah kimi istifadə olunur
Region03:21
Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr02:46
Möhsün Rezai: ABŞ-yə etibar etmirik
Region02:09
Tramp ticarət müharibəsi fonunda Kanadaya qarşı ritorikanı gücləndirir
Digər ölkələr01:38
Fransada fırtına zamanı 26 nəfər xəsarət alıb
Digər ölkələr01:17