Azərbaycanda 3 məntəqə üzrə narkomaniyadan əziyyət çəkən 698 xəstə müalicə alır
- 15 aprel, 2026
- 11:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 276, QİÇS-lə Mübarizə Mərkəzində 297, Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər) 698 xəstə müalicə alır.
"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilin yanvar-mart ayları üzrə məlumatında qeyd olunub.
Bildirilib ki, 2026-cı ilin yanvar-mart ayları ərzində "802" qaynar xətt telefon zəng xidmətinə 183 vətəndaş müraciəti daxil olub ki, onların 16-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 16-sı narkotik asılılıqdan müalicə, 151-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.