Azərbaycan vətəndaşlığı olmayan şəxslərlə iş sahəsində böyük təcrübəyə malikdir

Daxili siyasət
  • 06 iyul, 2023
  • 07:14
Azərbaycan vətəndaşlığı olmayan şəxslərlə iş sahəsində böyük təcrübəyə malikdir

“Azərbaycan vətəndaşlığı olmayan şəxslərlə iş sahəsində böyük təcrübəyə malikdir”.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Konfrans”da çıxışı zamanı deyib.

Dövlət Miqrasiya Xidmətinin rəisi qeyd edib ki, Azərbaycan bu problemlə Ermənistanın ötən əsrin 80-90-cı illərdə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə nəticəsində üzləşməli olub.

Lakin həyata keçirilən çoxsaylı tədbirlər sayəsində Azərbaycan bu problemin öhdəsindən gəlməyi bacarıb: “Statistikaya görə, 15 il ərzində Azərbaycanda yaşayan 6 minə yaxın vətəndaşlığı olmayan şəxs ölkəmizin vətəndaşlığını qəbul edib”.

44 filmi