Azərbaycan Prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verib

Daxili siyasət
  • 01 iyul, 2015
  • 07:14
Azərbaycan Prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verib

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verilməsi haqda sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi verilib. 

Polis polkovnikləri Seyfulla Səttar oğlu Əzimova və Əkbər Arif oğlu Yusifova polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, iyulun 2-də Azərbaycanda Polis Günü qeyd olunur.  

44 filmi