ATƏT: Seçki kampaniyası ilə bağlı MSK və məhkəmələrə heç bir şikayət daxil olmayıb

Daxili siyasət
  • 29 mart, 2018
  • 13:39
ATƏT: Seçki kampaniyası ilə bağlı MSK və məhkəmələrə heç bir şikayət daxil olmayıb

Bakı. 29 mart. REPORT.AZ/ "Hesabat dövründə Mərkəzi Seçki Komissiyasına və məhkəmələrə seçki kampaniyası ilə bağlı heç bir şikayət daxil olmayıb".

"Report" xəbər verir ki, bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatında bildirilib. 

Sənəddə qeyd olunub ki, Azərbaycan rəsmiləri müşahidə missiyasına ölkənin seçki komissiyalarının seçkilərə hazır olduqları barədə məlumat verib.

Aralıq hesabatın seçki kampaniyasının mətbuatda işıqlandırılmasına dair hissəsində isə vurğulanıb ki, ölkə qanunvericiliyin tələblərinə uyğun olaraq, ictimai yayımçı (İTV və "İctimai" radio) bütün namizədlərə pulsuz efir vaxtı ayırıb: "DTİHB-nin müşahidəçilərinə bildirilib ki, bu vaxt yalnız həftədə üç dəfə namizədlərin iştirakı ilə televiziya və radioda yayımlanan "dəyirmi masa"lar üçün istifadə olunacaq. İlk belə müzakirələr - debatlar martın 19-da baş tutub".

Qeyd edək ki, bu gün ATƏT DTİHB-nin Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı açıqlanıb.

Sənəd ATƏT-in rəsmi saytında yerləşdirilib.