Anar Bağırov: Vəkilliyə namizədlərin icbari təlimində iştirak edən 69 namizədin 22-si qadındır
- 06 aprel, 2026
- 15:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Vəkilliyə namizədlərin icbari təlimində iştirak edən 69 namizədin 22-si qadındır.
"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin icbari təliminin başlaması ilə bağlı keçirilən tədbirdə bildirib.
Sədr təlimə başlayan 69 namizəd arasında gender faktorunun və yaş dinamikasının müsbət olduğunu nəzərə çatdıraraq deyib ki, iştirakçıların arasında qadınların sayı artır və hazırda onların 22-si qadın, 47-i isə kişidir:
"Namizədlərin 48 nəfəri, yəni 71 % faizi 40 yaşadək şəxslərdən ibarətdir ki, bu da vəkillik institutunun daha da gəncləşdiyini göstərir. Təlim iştirakçılarının 87 faizi paytaxtdan, 13 faizi isə regionlardan müraciət edənlərdir".
Qeyd edək ki, bu gün Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb.