ANAMA sədri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
- 22 fevral, 2022
- 11:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı keçirilib.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinə Avropa İttifaqının mümkün dəstəyinin ayrılması və bu sahədə gələcək əməkdaşlığın istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
İşğaldan azad edilən ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları, prioritetlərə əsasən planlaşdırılan layihələr, Agentliyin maddi-texniki bazasının və heyətinin artırılması sahəsində görülən işlər, eləcə də mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat təqdim olunub.
Vüqar Süleymanov müzakirə olunan məsələlər üzrə Avropa İttifaqı ilə faydalı əməkdaşlığımızın inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.