Amnistiya Aktının neçə yeniyetməyə şamil olunacağı açıqlanıb

Daxili siyasət
  • 11 noyabr, 2021
  • 08:18
Amnistiya Aktının neçə yeniyetməyə şamil olunacağı açıqlanıb

"Amnistiya Aktı 6 yeniyetməyə şamil olunacaq. Onun 2 nəfəri azadlığa buraxılacaq, 4 yeniyetmənin isə cəzası azaldılacaq".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov 8 noyabr - Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə "dəyirmi masa"da çıxışı zamanı deyib.