Agentlik rəsmisi: Azərbaycanda hazırda reklamların 70%-i xarici dildədir

Daxili siyasət
  • 19 noyabr, 2026
  • 12:58
Agentlik rəsmisi: Azərbaycanda hazırda reklamların 70%-i xarici dildədir

Azərbaycanda hazırda reklamların 70%-i xarici dildədir.

"Report" xəbər verir ki, bunu Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədr müavini Lalə Abdullayeva Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu" çərçivəsində keçirilən "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Dövlət Reklam Agentliyi bu hallarla bağlı aktiv kampaniya həyata keçirir:

"Fikirlərimizi, tövsiyələrimizi çatdırmaq istəyirik. Agentliyin heç bir sahibkarın marketinq, PR siyasətinə müdaxilə etmək fikri yoxdur. Sadəcə, mövcud vəziyyətdə Azərbaycan dilinin özünü qoruyub saxlamağını istəyirik. Ona görə də bu istiqamətdə işlər aparırıq. Reklam ingilis və yaxud digər xarici dildədirsə, biz tövsiyə eləyirik ki, Azərbaycan dilində fəaliyyət istiqaməti üzrə də bir qeyd olsun. Məsələn, bir restoranın adı Çin dilindədir və biz orada nə yazıldığını başa düşə bilmirik. Bu səbəbdən, həmin lövhədə Azərbaycan dilində də "restoran" sözünün yazılmasını tövsiyə edirik".

L.Abdullayeva sahibkarların Agentliyə müraciət etmədən reklam yayımlamalarının belə problemlərə yol açdığını vurğulayıb:

"Çalışırıq ki, dərhal cərimələməyə getməyək, bildirişlər göndərək, görüşlər keçirək və sahibkarlara qanunvericiliyi izah edək".

44 filmi