Gənclər və İdman Nazirliyi Gənclər Günü ilə əlaqədar müsabiqə elan edib

Daxili siyasət
  • 13 yanvar, 2020
  • 10:43
Gənclər və İdman Nazirliyi Gənclər Günü ilə əlaqədar müsabiqə elan edib

Gənclər və İdman Nazirliyi 2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar loqotipin hazırlanması üçün müsabiqə elan edib. 

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, müsabiqədə dizaynerlər və rəssamlarla yanaşı, yaradıcı gənclər də iştirak edə bilər. Təkliflər fevralın 18-dək qəbul olunacaq. 

İşlər jpg və cdr formatında mysgovaz@gmail.com elektron ünvanına “Loqo 2020” başlığı ilə göndərilməlidir.

Qeyd edək ki, loqotipin qalibinə 1000 manat pul mükafatı və diplom təqdim ediləcək. Loqotip məhz 02.02.2020 tarixini əks etdirməlidir. 

44 - Tezliklə