Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Daxili siyasət
- 05 avqust, 2024
- 12:25
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 27 ölkə və doqquz qurumdan ümumilikdə 101 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 18 467 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 5 588-i MSK-da, 12 879-u DSK-larda akkreditə olunub:
"MSK-da qeydiyyatdan keçənlərin 938 nəfəri siyasi partiyalar tərəfindən irəli sürülüb. 2 646 nəfər isə 11 QHT-ni təmsil edir. MSK-a və DSK-larda heç bir müşahidəçiyə rədd cavabı verilməyib".
Son xəbərlər
16:44
Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli "Birbaşa Bakı" klubunda məşqçi işləyir
Futbol16:42
Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub
Maliyyə16:39
Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
Digər ölkələr16:36
Aİ Ukraynaya maliyyə dəstəyini artırmağa hələ hazır deyil
Digər ölkələr16:34
"Mançester Siti" futbolçusu Ceyden Heskini icarəyə verib
Futbol16:19
Foto
SOCAR və Çinin CNOOC şirkəti Anlaşma Memorandumu imzalayıb
Energetika16:17
Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub
Sosial müdafiə16:17
"Araz-Naxçıvan"ın ev oyunlarını Şamaxıda keçirməsinin səbəbi açıqlanıb
Futbol16:13