Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi ilə COP29-dan gözləntiləri müzakirə edib

COP29
  • 15 mart, 2024
  • 10:20
Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi ilə COP29-dan gözləntiləri müzakirə edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə COP29-dan gözləntiləri müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" səhifəsində paylaşım edilib.

"Pekinə səfərini başa vuran COP29-un prezidentli Muxtar Babayev və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev konfransdan gözləntiləri və orada fəal iştirakı müzakirə etmək üçün Çin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə görüşüblər", - məlumatda qeyd olunub.

44 - Tezliklə