Muxtar Babayev: İqlim məsələlərinə gənclər mütləq cəlb olunmalıdır

COP29
  • 30 sentyabr, 2025
  • 11:22
Muxtar Babayev: İqlim məsələlərinə gənclər mütləq cəlb olunmalıdır
Muxtar Babayev

İqlim məsələlərinə gənclər mütləq cəlb olunmalıdır.

"Report" xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən Gənclərin Rəhbərliyində İqlim Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan daim ölkələri iqlim dəyişmələri barədə planlar hazırlamağa çağırır:

"Lakin bu planların tərtibinə gəncləri cəlb etməyi də unutmamalıyıq. Ölkələrin bu təşəbbüsünü dəstəkləmək üçün təhsil, potensialın artırılması və bacarıqların inteqrasiyasının inkişafı baxımından danışıqlar aparırıq. Bununla yanaşı, ekoloji savadlılıq göstəricilərini inkişaf etdirmək üçün "yaşıl təhsil" tərəfdaşlığı yaradılır. Bununla yanaşı, UNICEF COP29 çərçivəsində Azərbaycanın uşaqları iqlim siyasətinin mərkəzinə qoymağı öhdəsinə götürməklə Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını da alqışlamışdı".

M.Babayev həmçinin bildirib ki, Azərbaycan bu sahədə təşəbbüslərini daim inkişaf etdirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti