İcraçı direktor: İqlim dəyişikliyi ilə bağlı problemlər hamıya təsir edir
- 13 noyabr, 2024
- 10:27
Yeniliklərdən dərhal xəbərdar olun!
İtkilər və zərər Fondu artıq yaradılmalıdır, buna ehtiyac var.
“Report” xəbər verir ki, bunu İtkilər və zərərlər üzrə cavabdeh olan fondun icraçı direktoru İbrahima Çeik Dionq noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, bunun üçün lazımi vəsait toplanmalıdır: "Həmçinin fondun vəsaitlərinə çıxışın çevikliyi təmin olunmalıdır. Biz ürəkdən çalışmalıyıq".
İ.Ç.Dionq söyləyib ki, iqlim dəyişikliyi ilə bağlı sürətli şəkildə operativ tədbirlərin görülməsinə ehtiyav var:
"İqlim dəyişikliyi ilə bağlı problemlər hamıya təsir edir. Odur ki, mən fürsətdən istifadə edib COP29-a ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm”.