Efiopiya Prezidenti iqlim sammitində iştirak üçün Azərbaycana səfər edib

COP29
  • 11 noyabr, 2024
  • 09:16
Efiopiya Prezidenti iqlim sammitində iştirak üçün Azərbaycana səfər edib
Taye Atske Selassie

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.