COP29 sədrliyi "Bakıdan Belemə" yol xəritəsi üzrə yenilənməni təqdim edib
- 14 oktyabr, 2025
- 17:10

Azərbaycanın xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 zamanı Bakıda COP30 sədrliyi ilə birgə başladılmış "Bakıdan Belemə 1,3 trilyon dollara doğru" yol xəritəsi üzrə yenilənməni təqdim edib.
"Report" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, COP29 sədrliyinin nümayəndə heyəti Braziliyada Pre-COP30-da iştirak edir.
"Sədrlər inkişaf etməkdə olan ölkələr üçün iqlim tədbirlərinin maliyyələşdirilməsini 2035-ci ilədək azı 1,3 trilyon dollara çatdırmaq ilə bağlı yol xəritəsinin hazırlanmasını vurğulayıblar. Bu məqsədlə bütün maraqlı tərəflərlə aparılan məsləhətləşmə prosesinin inklüziv xarakterini qeyd ediblər", - məlumatda qeyd olunub.
Deputy Foreign Minister and #COP29 Chief Negotiator Yalchin Rafiyev presented update on the Baku to Belém Roadmap to USD 1.3T, launched in #Baku during COP29, together with the #COP30 incoming Presidency. The Presidencies underscored the inclusive nature of consultation process… pic.twitter.com/x2VVwiNvLs
— COP29 Azerbaijan (@COP29_AZ) October 14, 2025