Yusif Abdullayev: "Şirkətlərimiz İsraildəki infrastruktur layihələrində iştirak edə bilər"
- 26 yanvar, 2026
- 15:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şirkətləri İsraildəki infrastruktur layihələrində iştirak edə bilər.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
Onun sözlərinə görə, forumda 110-dan çox iştirak edir: "Güclü ikitərəfli münasibətlər bizim üçün son dərəcə vacibdir. Biznes forumları və dəyirmi masalar kimi platformalar bu prosesdə mühüm rol oynayır, çünki onlar Azərbaycan və İsrail şirkətlərinin bir-birini daha yaxından tanıması, birbaşa qarşılıqlı əlaqə qurması, konkret əməkdaşlıq sahələrini müəyyən etməsi üçün dəyərli imkanlar yaradır. Dünən biz İsraildəki infrastruktur layihələrində iştirak edə biləcək Azərbaycan şirkətlərinin cəlb edilməsinin praktiki yollarını müzakirə etdik. Bu forum tərəfdaşlığımızı real iqtisadi nəticələrə çevirmək istiqamətində ortaq sadiqliyimizi nümayiş etdirir".