"Villeroy & Boch" ilə Yeni il sehri!

Biznes
  • 25 noyabr, 2025
  • 09:52
Villeroy & Boch ilə Yeni il sehri!

"Toy"s Delight" 15 illiyini qeyd edir – əfsanəvi kolleksiyanın yubileyi

Bu Yeni il xüsusi əhəmiyyət daşıyır – sevimli "Toy"s Delight" kolleksiyası öz 15 illiyini qeyd edir. 15 il ərzində "Toy"s Delight"ın bayram əhvali-ruhiyyəli dizaynı tələsmədən yeyilən səhər yeməkləri və dinclik gətirən çay mərasimlərindən tutmuş dəbdəbəli bayram süfrələrinə qədər çoxsaylı ailə əhvalatlarının bir parçasına çevrilib. Hər bir masa qayğı ilə bəzədilərək ailə üzvlərini bir yerə toplayıb və istilik, sevinc, birlik ab-havası yaradıb. Uşaqlıq xatirələrinin istisini və Yeni il ənənələrinin sehrini oyandıran "Toy"s Delight" klassik qırmızı, yaşıl və ağ çalarlı palitrası ilə əsl bayram simvoluna çevrilib.

Yubiley şərəfinə "Villeroy & Boch" uşaq oyuncaqlarının ecazkarlığını yeni halı ilə qaytararaq yubiley kolleksiya seriyasını təqdim edir. Santa-Klaus, Şelkunçik, Parovoz və yelləncək at mövsümün qayğısız sevinci və oynaq ruhunu xatırladaraq bayram əhvali-ruhiyyəli nağılın səhifələrində sanki canlanır. Bu kolleksiya nostalji ilə müasir eleqantlığı özündə birləşdirərək adətkərdə olmuş bayram anlarını uzun illər yadda qalacaq həqiqi xatirələrə çevirir.

Ələlxüsus yubiley üçün hazırlanmış eksklüziv advent təqvimi xüsusilə diqqətəlayiqdir. Ona "Toy"s Delight" kolleksiyasından iyirmi dörd sürpriz daxildir ki, onlardan 10-u təqvimin yalnız yubiley nəşrində əks olunub. Belə bir hədiyyə bayram gözləntisini əsl təntənəyə çevirərək hər dekabr ayını, həqiqətən də, sehrli hala gətirir.

Kolleksionerlər hər il çıxan məhdud kolleksiyanı – Santanı Şimal qütbündən gətirən Qütb ekspresinin nostalji dolu əhvalatından 2025-ci ildə də bəhs edən kolleksiyanı səbirsizliklə gözləyirlər. Dekorasiyalar xüsusi dəqiqliklə rəqəmsal formaya salınan retro-albomlardan ilhamlanaraq hazırlanıb. Təməl hissəsini qızılı möhür bəzəyən hər bir predmet zərif hədiyyə qutusuna yerləşdirilib ki, bu da onu yalnız bu il əlçatan olan dəyərli suvenirə çevirir.

"Villeroy & Boch"un bayram kolleksiyaları yaxın adamların qiymətli xatirələrə çevriləcək anları bölüşdüyü Yeni il süfrəsini incəlik və istilik dolu bir ab-hava ilə əhatə edir.

Yeni il əhvali-ruhiyyəsinə brendin Bakıda yerləşən butiklərində, həmçinin "Coincasa" (Gənclik Mall) butikinin eksklüziv guşəsində "Villeroy & Boch" ilə qərq olun.

Ünvan və əlaqə nömrələri:

"Villeroy & Boch Boutique", 28 May küç., 22A

+994 12 4980333 / +994 51 244 52 67

"Villeroy & Boch Boutique", Hüseyn Cavid pr., 22

+994 12 5109126 / +994 50 5540204

"Coincasa Ganjlik Mall", Fətəli xan Xoyski küç., 14

+994 12 599 15 55 / +994 51 599 15 55

"Villeroy & Boch"un Azərbaycandakı rəsmi distribütoru "Italdizain" şirkətidir. Brend və onun kolleksiyaları barədə ətraflı məlumat üçün veb-sayta keçid ala bilərsiniz: https://italdizain.az/az/brands/villeroy-boch

Son xəbərlər

Bütün Xəbər Lenti