“Uzkimyosanoat”: Kimyəvi məhsul ixracımızın illik dəyəri 500 milyon dolları ötür

Biznes
  • 20 iyun, 2025
  • 16:05
“Uzkimyosanoat”: Kimyəvi məhsul ixracımızın illik dəyəri 500 milyon dolları ötür
Yevgeni Korjikov

Özbəkistanın kimyəvi məhsullar ixracının illik dəyəri 500 milyon ABŞ dollarından çoxdur.

"Report" xəbər verir ki, bunu “Uzkimyosanoat” SC-nin İdarə Heyətinin sədri Yevgeni Korjikov Bakıda keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.

Onun sözlərinə görə, “Uzkimyosanoat”ın strateji məqsədi qazın dərin emalının payını hazırkı 20 %-dən 2030-cu ilə qədər 35-40 %-ə çatdırmaqdır: "Bu da təkcə qaz şəklində deyil, həm də polimerlər, sintetik qətranlar, kimyəvi reagentlər və əlbəttə ki, gübrələr şəklində məhsul ixracını artırmağa imkan verəcək. Özbəkistan xammal ixracından kənara çıxmaq üçün qazın dərin emalına diqqət yetirir. Özbəkistanın kimyəvi məhsullar ixracının təxminən 60 %-ni gübrələr təşkil edir. Məqsədimiz 2030-cu ilə qədər dərin emal məhsullarının ümumi kimyəvi ixracda payını 70 %-ə çatdırmaq, eyni zamanda gübrə istehsalının həcmini azaltmamaqdır. Bunun üçün biz təkcə sənaye layihələri həyata keçirmirik, həm də beynəlxalq elmi mərkəzlərlə birlikdə kimya texnologiyasının inkişafı üzrə mərkəzlər yaradırıq. Belə ki, Daşkənd yaxınlığında Koreya şirkətləri ilə birlikdə kimya texnologiyaları elmi-tədqiqat mərkəzi yaradılır".

44 filmi