Üç ölkədən Azərbaycana səməni idxalı bərpa edilib

Biznes
  • 02 dekabr, 2022
  • 12:57
Üç ölkədən Azərbaycana səməni idxalı bərpa edilib

Bu ilin 3 rübü ərzində Azərbaycana xaricdən 8,729 milyon ABŞ dolları dəyərində 13 min 481 ton səməni (qovrulmamış və qovrulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,2 % çoxdur, kəmiyyət olaraq – 3,2 % azdır.

Hesabat dövründə Rusiyadan 4,839 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 8 min 585 ton (-10,3 %), Almaniyadan 3,019 milyon ABŞ dolları dəyərində (+16 %) 3 min 511 ton (+0,3 %), Ukraynadan 287,36 min ABŞ dolları dəyərində (+35,4 %) 419 ton (-0,7 %), Belarusdan 264,7 min ABŞ dolları dəyərində 573,44 ton, Slovakiyadan 204,35 min ABŞ dolları dəyərində (+63,2 %) 256 ton (+44 %) məhsul idxal edilib.

Doqquz il 7 ayın tamamında Polşadan, 1 il 4 aylıq fasilənin ardından Belarusdan, 1 il 1 aylıq fasilədən sonra Finlandiyadan tədarük bərpa edilib. Azərbaycan Polşadan 0,85 min ABŞ dolları dəyərində 0,6 ton, Finlandiyadan 13,55 min ABŞ dolları dəyərində 11,5 ton səməni alıb.

44 - Tezliklə