Türkiyənin Azərbaycana ixracı 10 % artıb
- 05 yanvar, 2023
- 07:08
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycan Türkiyədən 2 milyard 221,6 milyon ABŞ dollarlıq əmtəə və xidmət idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinin hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 9,6 % çoxdur.
Təkcə ötən ilin dekabr ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 217,7 milyon ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 12,2 % çoxdur.
Ötən il qonşu ölkənin ixracının dəyəri 9,8 % artaraq 226 milyard 663 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox ixrac 18 milyard 910 milyon ABŞ dolları olmaqla Almaniyaya (6,9 % çox), 14 milyard 363 milyon ABŞ dolları olmaqla ABŞ-a (11,8 % çox) və 12 milyard 251 milyon ABŞ dolları olmaqla Böyük Britaniyaya (7,2 % az) həyata keçirilib.