Türkiyənin Azərbaycana ixracı 5 % artıb

Biznes
  • 04 iyul, 2023
  • 06:34
Türkiyənin Azərbaycana ixracı 5 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 1 086,639 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.

Təkcə iyun ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 172,388 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6,1 % azdır.

Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 5,4 % azalaraq 107,801 milyard ABŞ dollarına düşüb. 6 ay ərzində Türkiyədən ən çox ixrac 9 milyard 452 milyon ABŞ dolları olmaqla Almaniyaya (3,1 % az), 6 milyard 80 milyon ABŞ dolları olmaqla ABŞ-a (17,2 % az) və 5 milyard 566 milyon dolları olmaqla Böyük Britaniyaya (9,2 % az) həyata keçirilib.