"Trendyol" Bakıda "İqlim Fəaliyyəti üçün Yürüş"ə qoşulub
- 07 oktyabr, 2025
- 16:00

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" növbəti dəfə Dənizkənarı Milli Parkda keçirilən "İqlim Fəaliyyəti üçün Yürüş"ə qoşulub.
Bakı İqlim Fəaliyyəti Həftəsinin bir hissəsi olun yürüş "Trendyol" və "PAŞA Holdinq"MMC-nin dəstəyi, BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Dənizkənarı Milli Park boyunca 1,5 kilometrlik məsafəni əhatə edən rəmzi yürüşün məqsədi iqlim fəaliyyəti ilə bağlı ictimai məlumatlılığı artırmaq, eyni zamanda qlobal istiləşməni 1,5°C-lə məhdudlaşdırmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkməkdir. Tədbir iqlim fəaliyyəti sahəsində kollektiv məsuliyyət hissini, həmçinin iqlim böhranı ilə mübarizədə həmrəylik və qarşılıqlı etimadın əhəmiyyətini simvolizə edir.
Yürüş müxtəlif yerli və beynəlxalq qurumların, səfirliklərin nümayəndələrini, BMT təmsilçilərini, vətəndaş cəmiyyəti təşkilatlarını, özəl sektor nümayəndələrini və məktəbliləri bir araya gətirib.
Trendyol müsbət sosial təsir yaratmaq və dayanıqlılığa dəstək olmaq üçün fəaliyyət göstərdiyi ölkələrdə ətraf mühitin və təbiətin qorunmasına töhfə verən layihələri dəstəkləyir.
Əməliyyatlar üzrə 2040-cı ilə qədər karbon neytrallığı hədəfinə çatmaq "Trendyol"un prioritetlərindən biridir. Şirkət həm bu transformasiyanın iştirakçısı, həm də sürətləndiricisi olma məsuliyyəti ilə aşağı karbonlu gələcəyə doğru addımlar atmağa davam edir.