Taksi ödənişlərinizi "Bir Bonus"la edin, pulunuz cibinizdə qalsın
- 19 noyabr, 2025
- 11:58
Bir ekosistemdən "Birbonus"lulara şad xəbər var. Hansı taksi sərfəlidir? – sualına "Birbonus"lular indi daha rahat cavab verə bilərlər. Çünki "Yango" tətbiqində taksi xidməti ilə əməkdaşlıq ekosistem müştərilərinə yeni imkanlar qazandırır.
Belə ki, indi istifadəçilər bonuslarını "Birbank" və m10 tətbiqdaxili və QR ilə ödənişlərdə, "Birmarket" və "Trendyol" sifarişləri, ictimai nəqliyyatda "BakıKart" ilə ödənişlər, mobil nömrə balansının artırılması, kommunal ödənişlərlə yanaşı, həm də "Yango"da taksi gedişlərinin ödənişi zamanı istifadə edə bilərlər. Bunun üçün "Yango" tətbiqində Bir ID ilə qeydiyyatdan keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir.
Bir ekosistemi və "Yango" arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını daha rahat etməklə yanaşı, bonuslardan istifadə sferasını da xeyli genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə dəyər qatır. İstifadəçilər səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəyə bilərlər. Hər bir bonus 1 manata bərabərdir və cari bonus balansı birbaşa "Yango" tətbiqində əks olunur.
Ətraflı: www.b-b.az/bbyto
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan "Bir Bonus" – "Birbank", m10, "Birmarket" və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. "Bonus"ları "BakıKart" biletindən "Trendyol" sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.
Bir ekosistem ölkənin aparıcı brendləri olan "Birbank", "Birmarket", m10 və "MilliÖn" brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem "Trendyol Azərbaycan" və "BakıKart" kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, "Birmarket"də "Birbank" vasitəsilə kreditli alış-verişdən, "Trendyol Azərbaycan"da "Birbank" taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.