Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib - YENİLƏNİB
- 03 iyun, 2024
- 16:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən foruma ICESCO-ya daxil olan 11 ölkədən - Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudandan təmsilçilər qatılıblar.
Forum çərçivəsində “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” mövzusunda panel müzakirə, “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: Trendlər və Çağırışlar”, "Startapdan biznesə doğru: mərkəzləşdirilməmiş süni intellekt: startapların innovasiya və əməkdaşlıq alətləri vasitəsilə səlahiyyətləndirilməsi: investor və vençur kapitalistlərin baxışı" mövzularında isə panel sessiyalar keçirilib.
Forumda müxtəlif ölkələrdən qatılan mütəxəssislərin və rəsmilərin çıxışları dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.
16:55
Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən foruma ICESCO-ya daxil olan 11 ölkədən - Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudandan təmsilçilər qatılıblar.
Forum çərçivəsində “Startapların və gələcək inklüziv texnologiyaların önəmi”, “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: trendlər və çağırışlar” mövzularında müzakirələr aparılacaq.