Şəki və Zaqatalada tütünçülüyün inkişafı ilə bağlı görülmüş işlər açıqlanıb

Biznes
  • 15 iyul, 2023
  • 07:00
Şəki və Zaqatalada tütünçülüyün inkişafı ilə bağlı görülmüş işlər açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə Şəki və Zaqatalada yerləşən tütün əkini sahələrinə və tütün qəbulu məntəqəsinə, eləcə də emal sahəsinə mediatur təşkil olunub.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, mediaturda bildirilib ki, iki il əvvəl investisiya müsabiqəsi vasitəsilə Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC özəlləşdirilib.

İnvestisiya Proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub, yeni avadanlıqlar quraşdırılıb, tütün qəbulu məntəqələrində və emal zavodunda təmir-tikinti işləri aparılıb, nəqliyyat və texnika alınıb.

Müəssisənin yenidən qurulması istehsal olunan tütün məhsullarının keyfiyyətinin artmasına və ixrac imkanlarının genişlənməsinə imkan verir.

Bu il müəssisə fermerlərdən 1 kiloqram yaşıl tütünü I növ üzrə 36 qəpikdən, II növ üzrə 25 qəpikdən, III növ üzrə isə 20 qəpikdən alır.

Yetişdirilən tütünə aqrotexniki xidmətin düzgün təşkili məhsuldarlığın yüksəldilməsinə imkan yaradır. Həyata keçirilmiş tədbirlər nəticəsində ötən il məhsuldarlıq 20 % artıb.

Müəssisədə ilkin olaraq 20 daimi, 150 mövsümi olmaqla, 170 yeni iş yeri yaradılıb. Hazırda isə burada 130 nəfər daimi işçi çalışır, mövsümi işlərə 250 nəfər cəlb edilib. Müəssisədə orta aylıq əməkhaqqı 700 manatdır.

44 filmi