Rusiyadan Azərbaycana ixrac edilən arağın dəyəri açıqlanıb
- 11 may, 2024
- 06:37
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan Rusiyadan ümumi dəyəri 3,5 milyon ABŞ dolları araq idxal edib.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Statistika Xidməti xəbər verib.
Məlumata görə, bununla da Azərbaycan Rusiyanın araq ixracında ilk beşliyində yer alıb.
Ötən il ümumilikdə Rusiya xarici ölkələrə ümumi dəyəri 59,7 milyon ABŞ dolları olar araq ixrac edib. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 82 milyon ABŞ dolları və ya 2,3 dəfə azdır.
Ötən il Rusiya arağını ən çox həcmdə idxal edən Qazaxıstan olub. Belə ki, Qazaxıstan bu ölkənin araq ixracının demək olar yarısını idxal edib. 2023-cü ildə Qazaxıstanın Rusiyadan idxal etdiyi arağın ümumi dəyəri 27,9 milyon ABŞ dolları təşkil edib.
Rusiya arağını idxal edən ikinci ölkə İsrail olub. 2023-cü ildə bu ölkə Rusiyadan araq idxalını 42 % artıraraq 12 milyon ABŞ dollarına çatdırıb.
İlk üçlükdə Ermənistan tutub. Ötən il bu ölkə illik müqayisədə spirtli içki idxalını üçdə bir azaldaraq 4,5 milyon ABŞ dollarına çatdırıb.
İlk beşkildə isə Gürcüstan və Azərbaycan yer alıb. 2023-cü ildə Gürcüstan Rusiyadan 3,9 milyon ABŞ dolları dəyərində araq alıb.
Xatırladaq ki, 2022-cü ildə Rusiyanın araq ixracının həcmi xeyli yüksək olub. Həmin il bu rəqəm 141,7 milyon ABŞ dollarına bərabər olub. 2022-ci ildə Rusiya arağı əsasən Avropa ölkələrindən olan alıcılara - Latviya, Almaniya və Böyük Britaniyaya ixrac edilib.