Rəsmi: İdxal məhsulları bahalaşıb

Biznes
  • 15 dekabr, 2016
  • 08:58
Rəsmi: İdxal məhsulları bahalaşıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycana idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 0,5% artıb.

"Report"un Dövlət Statistika Komitəsinin açıqladığı idxal olunan məhsulların qiymət indekslərinə əsasən MDB ölkələrindən idxal edilən məhsullar 2,2% ucuzlaşıb, digər ölkələrdən idxal edilən məhsullar isə 1,3% bahalaşıb.

Rəsmi statistikaya əsasən, 2016-cı ilin oktyabr ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 4,5%, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 1,6%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 5,0% artıb.