Qazaxıstan brendi Azərbaycan bazarına daxil olmaq istəyir
- 05 aprel, 2025
- 17:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın tanınmış internet mağazası brendi - "Meloman" Azərbaycan bazarına daxil olmaq istəyir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə brendin məxsus olduğu "Aqniet Group"un marketinq direktoru Saltanat Nurjanova məlumat verib.
Onun sözlərinə görə, şirkət hazırda "Meloman/Marwin" brendinin Bakı və Daşkənd şəhərlərində fəaliyyətə başlamasını nəzərdən keçirir: Azərbaycan və "Özbəkistan bu brendin daxil olacağı ilk xarici bazarlardır. Özbəkistan bazarında "HoReCa" (Hotel, Restaurant, Cafe) istiqamətində həyata keçirdiyimiz layihələri auditoriya yaxşı qarşılayıb. Bu, Orta Asiyanın ən sürətlə inkişaf edən bazarıdır. Azərbaycan bazarında da uğurla reallaşdırdığımız layihələr var. Burada bizimlə əməkdaşlığa hazır tərəfdaşlarımız mövcuddur. Buna görə də bu bazarı ciddi şəkildə dəyərləndiririk", – deyə o bildirib.
2025-ci ilin fevral ayında "Meloman" holdinqinin qurucuları və sahibləri – Aleksandr Deriqlazov və onun qardaşı İqor Deriqlazov özlərinə məxsus təxminən 50 % -lim payı "Aqniet Group"a satıblar. Bu şirkətin əsas səhmdarı Qayrat İtemgenovdur.
"Meloman"ın struktura "Komfort" hipermarketləri, "Arsenal" kinoteatrlar şəbəkəsi, "Meloman Publishing" nəşriyyatı və "Meloman Entertainment" kino paylayıcısı daxildir.