Qarabağ və Şərqi Zəngəzurda əhalinin 80 %-dən çoxunun məşğulluğu təmin edilib

Biznes
  • 26 noyabr, 2024
  • 12:32
Qarabağ və Şərqi Zəngəzurda əhalinin 80 %-dən çoxunun məşğulluğu təmin edilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış və iqtisadi fəal şəxslərin 80 %-dən çoxunun məşğulluğu təmin edilib.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.

44 - Tezliklə