Prezident Vergi Məcəlləsindəki dəyişiklikləri təsdiq edib

Biznes
  • 27 dekabr, 2024
  • 09:11
Prezident Vergi Məcəlləsindəki dəyişiklikləri təsdiq edib
İlham Əliyev

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.

“Report” xəbər verir ki, dəyişikliklər yerli istehsal avtobusların satışının ƏDV-dən azad edilməsi, insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-i geri qaytarılması, bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalının vergidən azad edilməsi, dəmir yolu ilə daşınan tranzit yüklərin yol vergisindən azad edilməsi və digər məsələləri əhatə edir.

44 - Tezliklə