“PAŞA Holdinq” Türkiyə holdinqi ilə birgə Kəlbəcərdə enerji şirkəti yaradıb

Biznes
  • 10 aprel, 2025
  • 12:37
“PAŞA Holdinq” Türkiyə holdinqi ilə birgə Kəlbəcərdə enerji şirkəti yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Kəlbəcər Enerji" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Kəlbəcər rayonu, İstisu qəsəbəsi, nizamnamə kapitalı 850 000 manat, qanuni təmsilçisi Türkiyə vətəndaşı Volkan Gerdan Samidir.

O, qonşu ölkədə fəaliyyət göstərən "Baltech Group"un enerji sektoruna investisiyalar üzrə rəhbəridir.

Yeni şirkətin Müşahidə Şurasının üzvləri isə "Xalq Bank" ASC-nin Audit Komitəsinin keçmiş üzvü Orxan Cabbarov, "Baltech Group"un CEO-su Bülent Karani, "PAŞA Holdinq" MMC-nin Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev və "Baltech Group"un Komplayns və Audit üzrə direktoru Ahmet Haytaoğludur.