USACC pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini müzakirə edəcək

Biznes
  • 17 aprel, 2020
  • 08:16
USACC pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini müzakirə edəcək

Aprelin 30-u Bakı vaxtı ilə saat 17:00-da “Azərbaycan iqtisadiyyatı qlobal pandemiya, islahatlar və post-pandemiya dövründə” mövzusunda onlayn konfrans keçiriləcək.

“Report” xəbər verir ki, konfrans ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Veb-konfransda Azərbaycan İqtisadiyyat nazirinin müavinin Rövşən Nəcəfov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev və KOBİA-nın İdarə heyətinin sədrinin müavini Rüfət Atakişiyev iştirak edəcəklər.

Tədbirdə pandemiyanın Azərbaycan iqtisadiyyatına təsiri, bu təsirləri azaltmaq üçün hökumətin atdığı addımlar və başqa əlaqəli məsələlər müzakirə olunacaq.

44 filmi