Nərminə Həsənova: "Davosdakı Dünya Çempionatına 50-dən çox layihə təqdim olunacaq"
- 13 iyun, 2026
- 14:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanlı şagirdlər İsveçrədə təşkil ediləcək beynəlxalq layihə müsabiqəsində iştirak edəcəklər.
"Report" xəbər verir ki, bunu "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, yaxın gələcəkdə şagirdləri Dünya Çempionatı gözləyir: "Müsabiqə iyulun 9-dan 13-dək Davos şəhərində baş tutacaq. Həmin yarışda ümumiyyətlə 50-dən artıq layihə nümayiş etdiriləcək. Tədbirə təkcə Azərbaycandan deyil, dünyanın fərqli ölkələrindən və "MiniBoss" məktəbinin çoxsaylı beynəlxalq filiallarından şagirdlər qatılacaqlar.
İnanırıq ki, şagirdlərimiz həmişə olduğu kimi bu dəfə də əla nəticələr nümayiş etdirərək həm ölkəmizi, həm də məktəbimizi ən yüksək səviyyədə təmsil edəcəklər".