"NEQSOL Holding" ölkə vətəndaşlarının Ukraynadan təxliyəsinə dəstəyini şərh edib

Biznes
  • 05 mart, 2022
  • 10:32
NEQSOL Holding ölkə vətəndaşlarının Ukraynadan təxliyəsinə dəstəyini şərh edib

"NEQSOL Holding" "Report"dan daxil olan sorğuya cavab olaraq bildirir ki, Ukraynadakı vəziyyətlə əlaqədar holdinq ölkə vətəndaşlarının təxliyəsinə dəstək göstərir. Təxliyə işləri Xarici İşlər Nazirliyinin himayəsi altında, Ukraynada və qonşu ölkələrdəki Azərbaycan səfirlik və konsulluqları, eləcə də Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Vətəndaşların qayıtmasını təmin etmək üçün "NEQSOL Holding", onun tərkibindəki "Bakcell" və "Norm" şirkətləri fevralın 28-dən aviareyslər təşkil edib. Humanitar dəstək çərçivəsində vətəndaşlar pulsuz uçuş biletləri ilə təmin olunur. Bu reyslər "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təşkil etdiyi uçuşlara əlavə olaraq həyata keçirilir.

"NEQSOL Holding" həmçinin Ukraynanın Kiyev və Xarkov şəhərlərindən 2400-dən çox Azərbaycan vətəndaşının və 185 Türkiyə vətəndaşının dəmir yolu nəqliyyatı ilə Rumıniyanın paytaxtı Buxarest şəhərinə təxliyəsini təşkil edib.

Hazırda təxliyə üzrə işlər davam etməkdədir.

44 filmi