Naxçıvanda gömrükdən büdcəyə daxilolmalar son 5 ildə 4 dəfə artıb
- 25 fevral, 2022
- 01:52
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ildə Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsinə köçürülmüş gömrük ödənişlərinin məbləği 5 il əvvəllə müqayisədə 4 dəfə çox olub.
“Report” xəbər verir ki, bu barədə yerli Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli məlumat verib.
Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə, əməkdaşların peşəkarlığının artırılması, kinoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, risk profillərinin təkmilləşdirilməsi nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizənin gücləndiyini önə çəkən komitə sədri son 5 ildə muxtar respublika üzərindən tranzit hərəkət edən yük nəqliyyat vasitələrindən 22 cinayət faktı üzrə, ümumilikdə, 900 kiloqramdan artıq, təkcə 2021-ci ildə isə 4 cinayət faktı üzrə 567 kiloqrama yaxın narkotik vasitənin aşkarlandığını qeyd edib.