Mikayıl Cabbarov: "Azərbaycan şirkətlərinin gəlir bazası şaxələnir"
- 16 noyabr, 2026
- 12:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, onların gəlir bazası şaxələnir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatında ümumi milli gəlirin də davamlı artımı üçün yeni təməllər formalaşır: "Hazırda Azərbaycan şirkətləri xaricdə aktivlər əldə edir və bu aktivlər əlavə gəlir mənbəyinə çevrilir. Bu, ölkənin gəlir bazasının mənbələrinin şaxələndirilməsi deməkdir".
Bundan başqa, M. Cabbarov qeyd edib ki, dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyi baş verib: "Bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsidir. 2020-ci ildən dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir. Holdinq idarəetmə modelinə keçid, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir".