m10-dan yeni imkan: “BakıKart” balansını artırmaq indi daha asan. Bir çox yeniliklər yolda!

Biznes
  • 19 mart, 2025
  • 12:28
m10-dan yeni imkan: “BakıKart” balansını artırmaq indi daha asan. Bir çox yeniliklər yolda!

Son günlər m10-un gediş tariflərinin artdığına dair məlumatlar yayılır. Əslində isə heç bir tarif dəyişikliyi olmayıb – sadəcə olaraq, daha əvvəl qüvvədə olan endirim kampaniyası başa çatıb.

Bütün kampaniyalar kimi, m10-un da “Bütün istiqamətlərə 50 qəpik” aksiyası bəlli bir müddətə – 1 mart 2025-ci ilədək nəzərdə tutulmuşdu. Bu müddət başa çatdıqdan sonra gediş haqları əvvəlki qaydada davam edir:

- Bakı daxilində – 50 qəpik

- Bakı qəsəbələrinə – 55-70 qəpik

- Bakı-Sumqayıt – 80 qəpik

- Hava limanı istiqamətində isə endirim qalır – 1,30 manat əvəzinə 1 manat.

Bu, tarif dəyişikliyi deyil, sadəcə endirimli dövrün sona çatmasıdır. Kampaniya dövründə sərnişinlər müəyyən güzəştlərdən yararlandı, lakin bu endirimlərin daimi olacağı ilə bağlı heç bir öhdəlik yox idi.

m10 tarifləri qanunla tənzimlənir və dəyişdirilə bilməz

Bəzi sərnişinlər m10-un tarifləri artırmaq səlahiyyətinin olduğunu düşünə bilər. Lakin bu düzgün deyil. m10-un tarifləri qanunvericiliklə müəyyən olunur və şirkət onların məbləğini dəyişmək hüququna malik deyil. Yəni m10 nə qiymətləri artırıb, nə də yeni tarif tətbiq edib.

Bununla yanaşı, sərnişinlərin rahatlığını təmin etmək üçün müxtəlif kampaniyalar və güzəştlər planlaşdırılır. Hədəf təkcə sərnişinlərə sərfəli gediş imkanları yaratmaq deyil, həm də innovativ nəqliyyat ödəniş sistemlərini inkişaf etdirməkdir.

Elektron nəqliyyat ödənişlərində qaydalar dəyişməyib

m10 istifadəçiləri üçün elektron nəqliyyat ödəniş qaydaları əvvəlki kimi qalır. QR-bilet yaradılarkən balansdan 1 manat bloklanır, bilet avtobus və ya metroda istifadə edildikdən sonra isə real tarif (məsələn, 50 qəpik) tutulur və qalan məbləğ balansınıza geri qaytarılır.

Bəzi sərnişinlər QR-biletin yaradılması üçün balansda 1 manatın olmasını məcburi hal kimi qəbul edirlər, lakin bu, texniki bir prosesdir və gediş haqqının dəyişməsi demək deyil. Əgər bilet istifadə olunmazsa, həmin vəsait balansınıza tam şəkildə qaytarılır.

m10-un əsas üstünlükləri:

- Bilet yaradıldıqdan sonra 5 dəqiqə aktiv qalır

- Eyni anda 3 bilet yaratmaq mümkündür

- İstifadə olunmayan biletin məbləği 24 saat ərzində balansınıza qaytarılır

- Kartı terminalda doldurmağa, kart gəzdirməyə və ya başqasından kömək istəməyə ehtiyac yoxdur – nəqliyyat ödənişi hər zaman telefonunuzdadır.

“BakıKart” balansını artırmaq daha asan oldu

Artıq m10 vasitəsilə “BakıKart” balansını artırmaq mümkündür. Bu, sərnişinlər üçün əlavə rahatlıq deməkdir – nə kart terminalları axtarmağa, nə də əlavə yerə getməyə ehtiyac var. İndi balansınızı istənilən vaxt, istənilən yerdə artıraraq rahat şəkildə gediş haqqınızı ödəyə bilərsiniz.

Gələcəkdə daha çox yeniliklər gözlənilir

m10 sərnişinlərin rahatlığını artırmaq üçün müxtəlif kampaniyalar və texnoloji yeniliklər planlaşdırır. Yeni endirimlər və aksiyalar barədə məlumatları m10-un rəsmi kanallarından izləyə bilərsiniz.

Sərnişinlərə daha rahat, sürətli və müasir nəqliyyat ödənişi təqdim etmək m10-un əsas prioritetlərindən biridir!

44 filmi