KOBİA: "Qaradağda 1 500-ə yaxın sahibkarın fəaliyyəti üçün şərait yaradılıb"

Biznes
  • 28 oktyabr, 2022
  • 12:16
KOBİA: Qaradağda 1 500-ə yaxın sahibkarın fəaliyyəti üçün şərait yaradılıb

Bu gün Qaradağda fəaliyyətə başlamış "Abşeron Tikinti Materialları Mərkəzi"ndə ümumilikdə 1 500-ə yaxın sahibkarın fəaliyyəti üçün şərait yaradılıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, iqtisadiyyatın böyüməsinə, məşğulluğa dəyər qatan yeni KOB subyektlərinin yaradılmasını KOBİA olaraq hər zaman dəstəkləyirik.