İranın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin 19 %-i Azərbaycanın payına düşüb 

Biznes
  • 09 yanvar, 2023
  • 13:32
İranın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin 19 %-i Azərbaycanın payına düşüb 

İranın təqvim ilinin 9 ayında (21 mart-21 dekabr) Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 10,04 % artaraq 2,76 milyard ABŞ dolları təşkil edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Gömrük İdarəsi məlumat yayıb.

İl ərzində İranın yük dövriyyəsi 10,73 % azalaraq 5,1 milyon ton həcmində olub.

Hesabat dövründə İranın əsas ticarət tərəfdaşı 1,63 milyard ABŞ dollarla (illik müqayisədə 1,75 % az) Rusiya olub. Bu ölkə ilə yük dövriyyəsi 19,51 % azalaraq 2,86 milyon ton təşkil edib.

Onu 533,11 milyon ABŞ dollarla (26,67 % çox) Azərbaycan (yük dövriyyəsi 9,76 % artaraq 584,588 min ton), 358,850 milyon ABŞ dollarla (35,34 % çox) Türkmənistan (yük dövriyyəsi 0,28 % azalaraq 1,03 milyon ton olub) və 239,36 milyon ABŞ dollarla (40,39 % çox) Qazaxıstan (yük dövriyyəsi 29,53 % artaraq 619,077 min tona çatıb) izləyib.

Eyni dövrdə ticarət dövriyyəsinin 1,52 milyard ABŞ dolları dəyərində 2,99 milyon tonu ixracın payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 47,43 % azalma və 6,24 % artım deməkdir.