İqtisadiyyat naziri Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
- 23 fevral, 2022
- 12:35
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.
"Report" nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlıq və ölkəmizin Dünya İqtisadi Forumunun bir sıra təşəbbüslərində fəal iştirakı qeyd olunub.
Vurğulanıb ki, dövlət başçısı Dünya İqtisadi Forumu ilə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət göstərir. Nazir qeyd edib ki, Dünya İqtisadi Forumu, eləcə də IV Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlığın uğurlu nəticəsi olaraq, Şəbəkənin Azərbaycan Mərkəzi fəaliyyətə başlayıb. Davamlı və dayanıqlı inkişafın Dördüncü Sənaye İnqilabının (4Sİ) tələbləri ilə sıx əlaqəli olduğunu diqqətə çatdıran nazir Mərkəzin fəaliyyətinin ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Görüşdə 4Sİ texnologiyaları və rəqəmsal iqtisadiyyat haqqında məlumatlılığın artırılmasının, bu sahədə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının önəmi diqqətə çatdırılıb.
B.Brende təşkilatın Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib, ölkəmizin inkişafının qlobal çağırışlarla uzlaşdığını vurğulayıb. O, qeyd edib ki, IV Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması bu sahədə aparıcı ölkələrlə tərəfdaşlığın inkişafına, 4Sİ texnologiyalarının geni. tətbiqinə şərait yaradacaq.
Tərəflər Dünya İqtisadi Forumu ilə əlaqələrin gücləndirilməsi, 4Sİ texnologiyaları sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinin sürətləndirilməsini müzakirə ediblər.