IFC Azərbaycanda KOB-ların iştirakı ilə dövlət-özəl tərəfdaşlığı layihələrini maliyyələşdirə bilər

Biznes
  • 01 noyabr, 2022
  • 10:22
IFC Azərbaycanda KOB-ların iştirakı ilə dövlət-özəl tərəfdaşlığı layihələrini maliyyələşdirə bilər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda KOB-ların iştirakı ilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində layihələri maliyyələşdirə bilər.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)) İdarə Heyətinin sədri Orxan Məmmədovun IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova və təşkilatın Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə eksperti Filip Drapak ilə keçirdiyi görüşdə deyilib.

Görüşdə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində birgə əməkdaşlığa, KOB-ların iştirakı ilə bu sahədə layihələrin maliyyələşdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

44 filmi