ICD: KOB-ların iqtisadi inteqrasiyası üçün maliyyələşmə imkanları genişləndirilməlidir
- 18 iyun, 2026
- 16:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Kiçik və orta bizneslərin (KOB) iqtisadi inteqrasiyası üçün alətlər və maliyyələşmə imkanları genişləndirilməlidir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) Korporativ Strategiya və Tədqiqat bölməsinin meneceri Elvin Əfəndi deyib.
Onun sözlərinə görə, KOB-ların subyektlərinin qlobal, regional və milli iqtisadiyyata daha səmərəli inteqrasiyası üçün onlara təqdim edilən alətlər toplusunun, maliyyələşmə imkanlarının və dəstək həllərinin genişləndirilməsi mütləqdir: "Lakin məsələ bununla bitmir. Bu proses KOBİA və Türkiyədən KOSGEB kimi qurumlarla yanaşı, siyasət qurucuları, nazirlər və nazirliklər, sənaye iştirakçıları, kommersiya bankları və yerli maliyyə institutlarını da əhatə edən daha geniş bir ekosistemi tələb edir".
Eyni zamanda, o, qeyd edib ki, KOB-lar üçün innovativ həllərin hazırlanması və tətbiqi də bu ekosistemin mühüm tərkib hissəsidir.