İcbari Tibbi Sığorta Dövlət Agentliyi 22 mln manatlıq tibbi ləvazimat alır

Biznes
  • 11 oktyabr, 2022
  • 05:35
İcbari Tibbi Sığorta Dövlət Agentliyi 22 mln manatlıq tibbi ləvazimat alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi ləvazimatların satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri "Diamed Co" MMC və "Gill Med" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 3,67 milyon manat və 18,317 milyon manat, ümumilikdə isə 21,987 milyon manat ödəniləcək.