İcbari Tibbi Sığorta Dövlət Agentliyi 1,5 mln manatlıq tenderə yekun vurub
- 02 oktyabr, 2021
- 06:11
Yeniliklərdən dərhal xəbərdar olun!
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi immunobioloji dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Referans Pharmaceuticals” MMC-dir.
Qalib şirkətə 1 milyon 500,78 min manat ödəniləcək.
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi — Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 3 000-ə yaxın müxtəlif tibbi xidmət daxildir. Xidmətlər Zərfi ilə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator və stasionar tibbi yardım üzrə xidmətlər, habelə laboratoriya, fizioterapiya, və invaziv radiologiya xidmətləri təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Hazırda ölkə əhalisinə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər göstərilir.