​İsveçrə Azərbaycanla dərman istehsalı sahəsində əməkdaşlıqda maraqlıdır

Biznes
  • 10 mart, 2016
  • 11:26
​İsveçrə Azərbaycanla dərman istehsalı sahəsində əməkdaşlıqda maraqlıdır

Bakı. 10 mart. REPORT.AZ/ İsveçrənin tanınmış “Novartis Pharma Services AG” və “Roche” şirkətləri Azərbaycanda dərman istehsalı sahəsində əməkdaşlıq imkanlarını araşdırır. "Report" bildirir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-İsveçrə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın VII iclasında bildirilib.

Qeyd edək ki, İsveçrə şirkətləri ilə tibbi avadanlıq istehsalı sahəsində də mümkün əməkdaşlıqla bağlı müzakirələr aparırlır.